İŞİD liderinin sağ əli öldürüldü
1. 016 dəfə baxılıb
“Sələf Xəbər” bugun.az-a istinadən xəbər verir ki, “İslam dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının lideri Əbu Bəkir Əl-Bağdadiyə sadiq adamlardan biri Şimali İraqda təşkil edilən bir hava hücumunda öldürülüb.
Bu barədə xəbər verən İraqın dövlət televiziyası “rəsmi mənbələrə” istinad edib, mignews.com yazır.
İraq Müdafiə Nazirliyindən əldə edilən məlumatlara görə, öldürülən şəxs Bağdadinin sağ əli hesab edilən Əbu Həcər Əl-Suridir. Öldürülən şəxsin əvvəl Əl-Bağdadi olduğu irəli sürülmüşdü, ancaq bu məlumat təsdiqini tapmayıb.
Mosul şəhərinə təşkil edilən hava əməliyyatında Əl-Suri ilə birlikdə ən azı 50 terrorçunun da öldürüldüyü qeyd edilib.
İŞİD-in Kərkükün qərbindəki Təl-Əlidə yerləşən bir kəndə hücum etdiyi ən azı 50 nəfəri qaçırdığı və naməlum istiqamətə apardığı bildirilib. Kənd sakinlərinin təşkilat bayrağını yandırmasından sonra İŞİD tərəfindən qisas almaq məqsədi ilə edildiyi bildirilir.
“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)