Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Liviyada 11 nəfərin başını kəsib

Fevral 25
17:35 2016

Liviyanın Sabrata şəhərində İŞİD terror xəvaric qruplaşması silahlıları 17 təhlükəsizlik qüvvələri əməkdaşını öldürüb.

“Sələf Xəbər” Lent.az-a istinadən məlumat verir ki, bu barədə Sabrata şəhərinin meri bildirib.

Belə ki, 6 nəfər fevralın 23-də terrorçularla gedən döyüşlərdə ölüb. Bir gün sonra isə terrorçular təhlükəsizlik idarəsinin binasını ələ keçirərək 11 nəfərin başını kəsiblər.

Qeyd edək ki, fevralın 19-da ABŞ hərbi təyyarələrinin Sabrata şəhərinə hava zərbələri endirməsi nəticəsində 49 nəfər ölüb. Hədəfdə bir neçə terror aktının təşkilatçısı sayılan tunisli terrorçu Nurəddin Şuşanın olduğu bildirilir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər