“İŞİD Liviyada güclənir”
704 dəfə baxılıb
Koalisiya qüvvələrinin hava hücumu nəticəsində Suriyada və İraqda zəifləyən İŞİD terror xəvaric qruplaşması neftlə zəngin Liviyada genişlənməyə başlayıb.
“Sələf Xəbər”in Teleqraf.com-a istinadən məlumatına görə, “Times” qəzeti yazır ki, bundan əvvəl Liviyada İŞİD terror xəvaric qruplaşmasının 2500 üzvü olub. İndi isə bu rəqəm 5 minə çatıb.
Liviyanın Misrata şəhərində yaşayan politoloq Fethi Əli Başağa deyib ki, indi Liviyada parçalanmış bir hökumət var. Hər gün İŞİD terror xəvaric qruplaşmasının güclənməsi üçün bu ölkədə şərait genişlənir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)