Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Liviyada üç terror aktı törədib

Fevral 21
20:56 2015

Liviyanın Əl-Kubba şəhərində dalbadal baş verən üç terror aktı nəticəsində 47 nəfər ölüb.

“Sələf Xəbər”in Milli.Az-a istinadən verdiyi xəbərə görə, 80 nəfər yaralanıb, onlardan 26-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlarla bağlı məsuliyyəti İŞİD terror xəvaric qruplaşması öz üzərinə götürüb. Terrorçular aktların Derna şəhərinə hava zərbələri endirilməsinə cavab olduğunu bildiriblər.

Qeyd edək ki, minalanmış avtomobillər əl-Kubba şəhər baş polis idarəsi, yanacaqdoldurma məntəqəsi və Liviya parlamentinin başçısının evinin yanında partladılıb.

 Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir və əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir. Nümayişlərlə gəlməmişdir, mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”

Digər xəbərlər