Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Liviyada yaşayış məntəqələrini ələ keçirib

May 06
17:03 2016

İŞİD terror xəvaric qruplaşması silahlıları Liviyada bir neçə yaşayış məntəqəsini zəbt edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, terrorçular Əbu Qreyn şəhərini və bir neçə kiçik yaşayış məntəqəsini tam nəzarətə götürüblər.

Yerli “Əl Vasat” nəşrinin məlumatına görə, “Misurata briqadası”nın geri çəkilməsi silahlıların uğur əldə etməsinə səbəb olub.

Məlumata görə, silahlılar hücuma keçməzdən əvvəl minalanmış avtomobillərlə misuratalıların blokpostlarını partladıblar. Partlayışlar nəticəsində xeyli sayda ölənlərin olduğu bildirilir. Şahidlərin məlumatlarına əsasən, terrorçular zəbt etdikləri ərazilərdə blokpostlar quraraq, yoldan keçən bütün avtomobilləri saxlayırlar. Polis əməkdaşları və hərbçilər terrorçular tərəfindən dərhal qətlə yetirilir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər