İŞİD Liviyada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Yanvar 05
16:13
2016
623 dəfə baxılıb
Neft kəməri və dəniz limanı onun yaxınlığında yerləşir.
İŞİD terror xəvaric qruplaşması Liviyanın Bin Cavad sahil yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Bu yaşayış məntəqəsinin 8 mindən çox əhalisi var. Bununla belə, Bin Cavad strateji əhəmiyyət daşıyır. Çünki neft kəməri və dəniz limanı onun yaxınlığında yerləşir.
Bu yaşayış məntəqəsi ölkənin Aralıq dənizi sahilindəki Sirt şəhərindən 100 km şərqdə yerləşir.
2011-ci ildə Bin Cavadda Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin silahlı qüvvələri ilə müxalifət arasında şiddətli döyüş gedib.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.