Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Liviyanın neft yataqlarına hücuma keçib – FOTO

Mart 03
17:50 2015

İŞİD terror xəvaric qruplaşmasının silahlıları Liviyada iki neft yatağına hücum edib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Liviya neft obyektlərinin mühafizə xidmətinin nümayəndəsi Əli Xasi bəyan edib.

“Silahlılar Mabruk və Əl-Bahi neft yataqlarını intensiv atəşə tutublar. Nəticədə yataqları Əs-Sidr limanı ilə birləşdirən neft kəməri zədələnib”, – deyə Ə.Xasi bildirib.

Onun sözlərinə görə, hazırda adıçəkilən bölgədə döyüşlər gedir, dəymiş ziyanın miqdarını müəyyən etmək hələlik mümkün deyil.

📷

1419592362887 Libya_Oil_Port_Attack_Reuters_650x488

Sələf Xəbər: Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla (terror aktları və kamikadzelər ilə) əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz”, 7/120)

Digər xəbərlər