İŞİD Mahin şəhərini ələ keçirib
673 dəfə baxılıb
İŞİD Suriyanın Mahin şəhərini işğal edib.
İŞİD terror xəvaric qruplaşması Suriyanın cənub-qərbində yerləşən Mahin şəhərini işğal edib.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.
“İŞİD terror xəvaric qruplaşması Suriyanın Homs əyalətində yerləşən Mahin şəhərini işğal ediblər”, – deyə Suriya İnsan Haqlarını Müdafiə Mərkəzinin məlumatında deyilir.
Qeyd edək ki, hazırda İŞİD terror xəvaric qruplaşması İraqın 40%, Suriyanın isə təxminən 50%-nə nəzarət edirlər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim).
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari).