İŞİD məşhur cəlladını edam edib
Fevral 18
19:15
2015
1. 862 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının ən məşhur cəlladı kimi tanınan liviyalı Xalid Şərif dünən başı kəsilərək edam edilib.
“Sələf Xəbər” Axar.az istinadən xəbər verir ki, Xalid Şərif xəyanətə görə öldürülüb.
30 il Avstraliyada yaşayandan sonra İŞİD terror xəvaric qruplaşmasına qoşulan Liviya əsilli Xalid Şərifin edam videosu 6 dəqiqəlik olsa da, onun yalnız 30 saniyəsi yayınlanıb. İddialara görə, videonun qalan hissəsində onun ailəsinin də qətlə yetirilməsi əksini tapıb.
Xatırladaq ki, Xalid Şərif kəsdiyi başları oğluna verib fotolarını paylaşandan sonra məşhurlaşıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam Dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər, İslam Dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər, İslam Dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur”.