Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Misirə də keçməyə başlayıb

Oktyabr 22
20:51 2014

“Sələf Xəbər”-in Alarabiya-ya istinadən məlumatına görə, Misirin baş naziri İbrahim Mihləb İŞİD terror xəvaric qruplaşmasının bəzi üzvlərinin Misirə keçməsi ehtimalını dilə gətirib.

“Lakin Qahirə öz sərhədlərini qoruyur, Misir qanunları terror təşkilatlarına qarşı sərtdir və təhlükəsizlik qüvvələrimiz hazır vəziyyətdədir”, baş nazir vurğulayıb.

İbrahim Mihləb “Ruveyterz”-ə verdiyi müsahibəsində gizli sızmanın mümkünlüyünü təsdiqləsə də, bunun Misirin təhlükəsizliyinə təsir etməyəcəyini əminliklə ifadə edib: “Keçən il ilə müqayisədə ölkədə sabitliyin bərqərar olduğunu, terrorun da tədricən yox olduğunu görürük”.

Mihləbin fikrincə, ABŞ-ın İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə çərçivəsində endirdiyi hava zərbələri kifayət etməsə də, Misir, Birləşmiş Ştatların İraq və Suriyadakı keçirdiyi əməliyyatlarda hərbi yardım etmək niyyətində deyildir: “Qahirə ilə hərbi ittifaqda olan ərəb körfəz dövlətləri üçün təhdid yaranacağı təqdirdə, Misir, İŞİD terror xəvaric qruplaşmasına qarşı hərbi yardım qapısını açıq qoymuşdur”. Baş nazir bəyan edib ki, “Misir digər dövlətlərin daxili işlərinə müdaxilə etmək istəmir”.

“Səudiyyə Ərəbistanı və BƏƏ İŞİD terror xəvaric qruplaşmasının onların təhlükəsizliyini təhdid etdiyini açıqlayarsa, Misir müdaxilə edəcəkmi?” sualına İbrahim Mihləb “Hər məqamın öz sözü var, hadisələri qabaqlamaq
istəmirik” ifadəsi ilə cavab verib və “Körfəz ölkələrinin təhlükəsizliyi Misirin təhlükəsizliyi və Misirin təhlükəsizliyi də körfəz ölkələrinin təhlükəsizliyidir”, deyə əlavə edib.

Baş nazir açıqlamasında həmçinin qeyd edib ki, Misir sabitliyin zəmanəti məsələsində üstünlüyü öz ölkəsinə verir. Belə ki, təhlükəsizliyin məsul şəxsləri Sina yarımadasında fəallaşan radikallar ilə üz-üzə gəlməkdədirlər. Eyni zamanda dövlət, qonşu Liviyadakı radikalları ciddi bir təhdid hesab etməkdədir. Misir ordusu üçün ən mühümü dövlət sərhədlərini və ölkənin daxilində sabitliyi qorumaqdır.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər