Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD öz “Facebook”unu yaradıb

Mart 13
19:21 2015

“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, əsas onlayn sosial şəbəkələr olan “Facebook” və “Twitter” tərəfindən qadağa alan qondarma “İslam Dövləti”- İŞİD terror xəvaric qruplaşmasının tərəfdarları öz “xəlifə book” adlı sosial şəbəbkələrini təsis ediblər.

Lakin 5elafabook.com və onun Twitter hesabı təsis edildikdən cəmi bir gün sonra dayandırılıb. Bu, İraq və Suriyada müharibə aparan qəddar döyüşçülərin tərəfdarlarının təbliğat və onlayn cəlbetmədə üzləşdikləri problemləri bir daha vurğulayır. Həvəskar internet səhifəsində, üzərində nöqtələr şəklində “İslam Dövləti”-İŞİD terror xəvaric qruplaşmasının fərqləndirici nişanı olan yazı təsvir edilmiş dünya xəritəsi yerləşdirilib.

Səhifə, istifadəçilərə özlərinə məxsus sosial şəbəkələr qurmağa imkan verən Socialkit proqramı vasitəsilə qurulub.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər