Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Pakistandan nüvə silahı almağı planlaşdırır

May 25
16:09 2015

“Sələf Xəbər” Vesti.ru-ya istinadən xəbər verir ki, İŞİD terrorçuları yaxın vaxtlarda Pakistandan nüvə silahı alacaqlarını bildiriblər.

“Independent” jurnalı bildirir ki, bu barədə məlumat radikal qruplaşmasının “Dabija” jurnalının yeni sayının səhifələrində dərc olunub. Ekstremist nəşrinin məlumatına əsasən İŞİD-in milliardlarla dolları var və radikallar vasitəçilərin və yaxud satılmış məmurların köməyi ilə bomba əldə edə bilərlər.

Əsir düşmüş Britaniya jurnalisti Con Kentlinin dediyinə görə, hadisələrin bu cür cərəyanı dəhşət doğurur və hal hazirda bu, bir il bundan əvvələ baxanda daha real görünür. Əsir hesab edir ki, terrorçular elə bir şey həyata keçirəcəklər ki, bu vaxta kimi törətdikləri dələ ovuna bənzəyəcək.

İŞİD radikalları öz təxribatlarında Kentlidən tez-tez istifadə edirlər. Bir müddət öncə şəbəkələrdə jurnalistin bir neçə videoismarıcını paylaşmışdılar. Birində o bildirir ki, Amerikanın Suriya müxalifətinə yardımları faydasızdır. Başqa bir videoda isə o, 2012-ci ildə əsir düşdüyünü bildirib və ABŞ-ı İŞİD-ə qarşı hərbi əməliyyatları dayandırmağa çağırıb.

Qeyd etmək lazımdır ki, İŞİD Suriya ərazisində hakimiyyətə qarşı vuruşduğu zaman ən qatı terror qruplaşması kimi nüfuz qazanıb. Bəzi ölkələrdə yerli terror qruplaşmaları özlərini “xəlifətin vilayətləri” kimi adlandıraraq İŞİD-in adından fəaliyyət göstərirlər.

Sələf Xəbər: “Həddi aşanların əmrinə tabe olmayın. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”. (Qurani Kərim “Şuəra” surəsi, 151-152-ci ayələr)

Digər xəbərlər