İŞİD PKK-nı niyə vurur?
933 dəfə baxılıb
“Sələf Xəbər” ensonhaber.com xəbər portalına istinadən, İŞİD terror xəvaric qruplaşmasının öz nəşri olan jurnalda təşkilatın PKK-ya qarşı niyə mübarizə apardığı barədə məqalə dərc etdiyini xəbər verir.
İŞİD terror xəvaric qruplaşması internetdən ingiliscə yayımlanan DABIQ adlı jurnalın üz qabığında Vatikanın məşhur Müqəddəs Pyotr Meydanında təşkilatın bayrağı sancılmış fotomontaj yerləşdirib.
1561-cı ildə Osmanlı imperiyası ilə Məmlük dövləti arasında Mərcidabıq döyüşünün yer aldığı Suriyanın Dabıq şəhərinin şərəfinə adlandırılıb. Jurnalda PKK “Səliblərin gələcəkdəki müttəfiqi” kimi səciyyələndirilir.
İŞİD terror xəvaric qruplaşmasının marksist və dinsiz bir təşkilat adlandırdığı PKK-nın dünyəvi quruluşu səbəbi ilə Qərbli Sələb qruplaşmaların gələcəkdəki ən böyük müttəfiqi olacağını bildirən İŞİD-çilər “Məhz bu səbəbdən Kobanini hədəf seçmişik” deyiblər.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxali (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnədir.”