Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD qaçqınlara göndərilmiş halal toyuqları yandırıb

Aprel 10
18:30 2015

“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən xəbər verir ki, müharibənin cəngində çapalayan Suriyada aclıqdan əziyyət çəkən minlərlə insanın olmasına baxmayaraq, yolunu azmış İŞİD terror xəvaric qruplaşması döyüşçüləri Amerikada istehsal olunmuş yüzlərlə qutu halal toyuğu bilərəkdən yandırıb.

Toyuqların şəriətə müvafiq olaraq kəsilməsinə baxmayaraq, barbar terrorçu xəvaric qruplaşma Aleppo şəhərinin yaxınlığında yerləşən bir çöllükdə yandırılmış toyuqlarla dolu qutuların şəkillərini yayıb. İŞİD terror xəvaric qruplaşması qutuların üzərində toyuqların ABŞ-da böyüdüldüyü və kəsildiyini göstərən etiketləri gördükdən sonra onları yandırıblar. Aclıqdan ölmək üzrə olan qaçqınlara bu toyuqları yemək qadağan edilib.

Yandırılmış toyuqların şəkilləri İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin Hələb adlandırdığı Aleppo əyalətindəki rəsmi təbliğat qanadı yayıb. Şəkildə toyuqların İllinois ştatında yerləşən bir şirkət tərəfindən istehsal edildiyi və ABŞ Qida Standartları Agentliyi tərəfindən yoxlanıldığı qeyd edilib. Halal sertifikatına malik, İslam şəriətinə müvafiq olaraq kəsilmiş toyuqların Aleppo şəhərində aclıqdan əziyyət çəkən yüzlərlə qaçqına göndərdildiyi fərz edilir. İŞİD terror xəvaric qruplaşmasına məxsus Əl-Hisbə adlandırılan polis qoşunları Aleppo əyalətinin yük maşınlarını nəzarət-buraxılış məntəqəsində saxlayıb və yüklər qeyri-qanuni hesab edilərək müsadirə edilib.

İŞİD terror xəvaric qruplaşmasının yaydığı şəkillərdən birində bir qrup üzvləri toyuq qutularını yük maşınlarından çıxarır və onları təpədən aşağı atır. Havadan çəkilmiş bir şəkildə təpənin ətəyində çoxlu sayda qutular və toyuqlar görünür. İŞİD terror xəvaric qruplaşması döyüşçüləri daha sonra toyuqları yandırır və yüzlərlə kilo toyuq alovlara qərq edilir, arxa fonda isə aclıqla üz-üzə qalan yüzlərlə qaçqınların sığındığı düşərgələr görünür.

Dəhşətə gətirən bu israfçılığın şəkilləri İŞİD terror xəvaric qruplaşmasının sosial mətbuat hesablarında fəxrlə nümayiş etdirilir. Suriya Amerika Tibb Cəmiyyətinin verdiyi məlumata əsasən, təqribən 650 min suriyalı mülki şəxs ölkədə çox ağır şəraitdə, despotizmin hökm sürdüyü cəmiyyətlərdə yaşayır.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Harada rastlaşsanız, onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər