Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD qadınlardan ibarət kamikadze taboru yaradıb

Oktyabr 28
13:58 2015

Terror əməllərini həyata keçirmək üçün uşaq tapmaqda çətinlik çəkən İŞİD terror xəvaric qruplaşması qadınlardan ibarət kamikadze taboru yaradıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Rakka səssizcə qətl edilir” (Raqqa İs Being Slaughtered Silently) təşkilatı məlumat yayıb.

Təşkilat İŞİD terror xəvaric qruplaşmasının qadınlara kamikadze olmaları üçün pul təklif etdiyini açıqlayıb.

Məlumata görə, terrorçuların qadınları seçməsinin digər bir səbəbi isə düşmənin zərif cinsdən kamikadze hücumu gözləməməsidir.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir.

Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları)

Digər xəbərlər