Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Qəddafinin məmləkətini işğal etdi

İyun 12
16:10 2015

İraq və Suriyada geniş əraziləri nəzarətdə saxlayan İŞİD xəvaric terror qruplaşması bu dəfə Liviyada böyük bir şəhəri ələ keçirdib.

İŞİD xəvaric terror qruplaşması Liviyadakı Tripoli hökumətinin tabeçiliyində olan Fəcr silahlı birləşmələri ilə döyüşlərdən sonra devrilmiş prezident Muəmmər Qəddafinin doğulduğu Sirtə şəhərini ələ keçirib.

“Sələf Xəbər” NTV.com.tr-yə istinadən xəbər verir ki, Tripoli hökumətinə bağlı ordu qüvvələri ilə gedən qızğın döyüşlərdən sonra şəhər terrorçuların əlinə keçib.

Xatırladaq ki, İŞİD xəvaric terror qruplaşması keçən ilin noyabr ayında Liviyanın Dərnə şəhərini ələ keçirmişdilər. Bu ilin may ayının sonlarında isə paytaxtın 450 kilometrliyində yerləşən Sirtə hava limanını ələ keçirən terrorçular indi də şəhərin özünü zəbt ediblər.

Terrorçuların Sirtəni tamamilə ələ keçirdiklərini göstərən çox sayda foto və video yaydıqları bildirilir. Hətta onlar döyüşdə həlak olan “Fəcrun-Liviya” qrupu əsgərlərinə aid cəsədlərin fotoşəkillərini də sosial mediada paylaşmaqdan çəkinməyiblər.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam Dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər