İŞİD qruplaşmasının 300 üzvü məhv edilib
1. 040 dəfə baxılıb
“Sələf Xəbər”-in Bakupost-a istinadən xəbərinə görə, İraq ordusunun həyata keçirdiyi hərbi əməliyyat nəticəsində İŞİD terror xəvaric qruplaşmasının təxminən 300 üzvü məhv edilib.
Bu barədə İraqın müdafiə nazirliyi rəsmi açıqlama verib. Məlumatda həmçinin bildirilir ki, hərbçilər iki yaşayış məntəqəsini yaraqlılardan təmizləyiblər, əməliyyatda 112 partlayıcı qurğu zərərsizləşdirilib, 18 minalanmış avtomobil məhv edilib.
Bundan əvvəl isə İraqın şimalında yerləşən və strateji əhəmiyyət kəsb edən Zumar şəhərinin İŞİD terror xəvaric qruplaşmasının qüvvələrindən azad edildiyi barədə xəbər yayılmışdı.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).