Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD radio yayınına başlayıb

May 05
14:30 2015

Radioda İŞİD terror xəvaric qruplaşmasının reallaşdırdığı hərbi əməliyyatlar yayınlanır.

İŞİD terror xəvaric qruplaşmasının İraqın qərbindəki Ənbar vilayətinin Fəlluca bölgəsində radio yayınına başladığı bildirilib.

“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi xəbərə görə, İŞİD terror xəvaric qruplaşması 2014-cü ilin ortalarından bəri əlində saxladığı Fəllucada “Əl-Bəyan” adıyla ilk dəfə radio yayınına başlayıb.

Bölgədəki tayfalardan alınan məlumata görə, sözügedən radioda terrorçuların reallaşdırdığı hərbi əməliyyatlar və Fəllucadakı digər proseslərlə yanaşı, Qurani-Kərim tilavəti, hədislər və ilahilər səsləndirilib.

Sələf Xəbər: Radikal təriqət – xəvariclərin meydana çıxması barədə çoxsaylı səhih hədislərdə qabaqcadan xəbər verilir və bu firqə təsvir edilir. Biz Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) hədislərini verdikcə, siz görə biləcəksiniz ki, hədislərdə qeyd edilən təsvirlər müasir xəvariclərin xüsusiyyətləri ilə tam eynidir.

“Həqiqətən, məndən sonra mənim ümmətimdə və ya məndən sonra tez bir zamanda – Quran oxuyan insanlar meydana çıxacaqdır, Quran onların boğazlarından aşağı keçməyəcəkdir. Onlar dindən – oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar, bundan sonra onlar ora qayıtmayacaqlar. Onlar – xalqların və məxluqatın ən şərlisidir”. (Müslim)

Bu hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə xəbər verib ki, xəvariclər ibadətlərində böyük səy göstərəcək və çoxlu Quran oxuyacaqlar. Lakin onlar Quranı düzgün başa düşməyəcəklər, buna görə də onların ibadəti və qiraəti onlara xeyir verməyəcəkdir.

Digər xəbərlər