İŞİD Rakka sakinlərinə şəhəri tərk etməyi yasaqlayıb
726 dəfə baxılıb
Bununla yanaşı terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər.
İŞİD terror xəvaric qruplaşması özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhərinin sakinlərinə bu yaşayış məskənini tərk etməyi qadağan edib.
“Sələf Xəbər” “Report”a istinadən bu haqda xəbər verir.
Terror qruplaşması istənilən tələblə yaşayış məskənini tərk etməyi yasaqlayıb.
Bununla yanaşı, terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər. Günün ikinci yarısında birinci olaraq Rakkanı əcnəbi muzdurların ailələri tərk edib.
İŞİD terror xəvaric qruplaşması silahlıları məhbusları da həbsxanalardan buraxıblar.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)