Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD rus agentini edam edib

Dekabr 03
16:08 2015

İŞİD terror xəvaric qruplaşması Rusiya casusunun edam videosunu yayıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması Rusiya agentinin öldürülməsinin Moskva üçün xəbərdarlıq olduğunu bildirib. Maraqlı məqam isə “Harun” ləqəbli casusun başını kəsən terrorçunun özünün də əslən Rusiyadan olmasıdır.

Axar.az həmin görüntüləri təqdim edir:

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül MÜhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər