İŞİD Səudiyyə Ərəbistanını hədələyib
753 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Səudiyyə Ərəbistanını təhdid edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərdən 43-nün “Əl-Qaidə” ilə əlaqədə ittiham olunmasıdır. İŞİD terror xəvaric qruplaşması Səudiyyə Ərəbistanında həbsdə olan “Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. “Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür” – deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında edam edilənlərin arasında şiə lider Nimr ən-Nimr də olub. Bu hadisə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaradıb, iki ölkə arasında diplomatik əlaqələr kəsilib.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)