Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD silahlıları iraqlı hərbçiləri edam edib

Aprel 22
17:54 2015

Terrorçular girovların şəkillərini internetdə paylaşıblar.

İŞİD terror xəvaric qruplaşmasının silahlıları 11 iraqlı hərbçini qətlə yetirib.

“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi məlumata görə, hadisə İraqın şimalındakı Salahuddin əyalətində baş verib.

Üzü maskalı silahlılar narıncı rəngli libasda olan girovların şəkillərini internetdə dərc ediblər.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kədayya əl-asriyyə”, 47)

Digər xəbərlər