İŞİD sıralarındakı yeniyetmələrin teatrdakı qətliamı – FOTO
İyul 06
16:19
2015
954 dəfə baxılıb
İŞİD xəvaric terror qruplaşması antik Palmira şəhərində dəhşətli edam səhnəsi təşkil edib.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, Palmiradakı qədim Roma amfiteatrında suriyalı əsgərlərin kütləvi qətlini yeniyetmələr icra ediblər.
Qeyd edək ki, sözügedən şəhər 2015-ci ilin may ayından İŞİD xəvaric terror qruplaşmasının nəzarətindədir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.