İŞİD son 5 ayda ən irimiqyaslı hərbi əməliyyat keçirib
Dekabr 18
17:09
2015
675 dəfə baxılıb
İŞİD terrorçuları son 5 ay ərzində İraqın şimalında ən böyük hərbi əməliyyat həyata keçirib.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə The “New York Times” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, hücuma əsasən kürd döyüşçülərin (Peşmərgə) Başika düşərgəsindəki mövqeləri, Narvan və Tal-Asvad yaşayış məntəqələri məruz qalıb.
Hücumun qarşısı ABŞ rəhbərliyi altında koalisiyanın dəstəyi ilə alınıb.
Aviazərbələr nəticəsində, təxminən 280 terrorçu öldürülüb. Toqquşmalarda kürdlər də onlarla döyüşçü itirib.
Qeyd edilir ki, hücumda məqsəd koalisiya qüvvələrinin zəiflədilməsi və Mosulun geri qaytarılmasına hazırlıq olub.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)