Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Suriya ordusunun təchizat dəhlizini nəzarətinə keçirib

Fevral 22
16:51 2016

İŞİD terror xəvaric qruplaşmasının yaraqlıları Hələb yaxınlığında Əsəd ordusunun təchizat yolunu ələ keçiriblər.

“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, dünən gecə Rasm Ən-Nafal yaşayış məntəqəsinə hücuma keçən İŞİD terror xəvaric qruplaşması yaraqlıları Əsəd birliklərini geri çəkilməyə məcbur ediblər.

Xatırladırıq ki, Hələb vilayətində hazırda ağır döyüşlər gedir. Döyüşlərə İran generalı Qasim Süleyman komandanlıq edir. Hələbi müxaliflərdən geri almaq üçün cəlb edilmiş Əsəd ordusunun birlikləri, İran islam inqilabını mühafizə korpusunun birlikləri və Hizbullah yaraqlıları bu əməliyyatda Qasim Süleymana tabedirlər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər