Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Suriyada oğurladıqları əşyaları hərracda satır

İyul 04
16:54 2015

İŞİD xəvaric terror qruplaşmasının silahlıları Suriyada oğurladıqları qiymətli əşyaları ölkənin şimalında təşkil olunan hərraclarda satırlar.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın Qədimi obyektlər və Muzeylər departamentinin direktoru Maamun Əbdül Kərim bildirib.

“İŞİD xəvaric terror qruplaşmasına məxsus akkauntlarda Palmiranın sərdabələrindən oğurlanmış 80-dək qədim kişi və qadın büstlərinin şəkilləri dərc olunub. Bu büstlər ölkənin şimalındakı Manbic şəhərində açıq hərraca çıxarılır və kolleksiyaçılar tərəfindən çox baha qiymətə əldə olunur. Sata bilmədikləri büstləri və heykəlləri silahlılar vəhşicəsinə məhv edir”, – deyə o bildirib.

Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir. Şəhər mayın ortalarında İŞİD xəvaric terror qruplaşmasının nəzarətinə keçib.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yalnışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər