İŞİD Suriyada strateji əhəmiyyətli şəhəri zəbt edib
798 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Suriyanın Homs əyalətində strateji əhəmiyyətli Mahin şəhərini ələ keçirib.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Dəməşq-Homs magistral yolda yerləşən adı çəkilən yaşayış məntəqəsi iki həftə əvvəl ordunun irimiqyaslı hücumu zamanı terrorçulardan azad olunmuşdu. İŞİD terror xəvaric qruplaşması qüvvələri dekabrın 10-na keçən gecə qəfil əks-hücuma keçərək ərazini təkrar ələ keçirə bilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.