İŞİD suriyalı müxalifi qaçırmaq istəyib
845 dəfə baxılıb
“Sələf Xəbər”-in www.radikal.com.tr saytına istinadən xəbərinə görə, İngiltərənin “Daily Telegraph” qəzeti İraq və Şam İslam Dövləti terror xəvaric qruplaşmasının Urfada suriyalı bir müxalifi qaçırmaq üçün əməliyyat həyata keçirdiyini bildirib.
İŞİD terror xəvaric qruplaşmasının Urfada suriyalı bir müxalifi qaçırmaq üçün əməliyyat həyata keçirdiyi iddia edilir. “Daily Telegraph” qəzetində dərc edilmiş, “Yüksək vəzifəli müxalif komandirin Türkiyə ərazisində qaçırılma cəhdi, İŞİD terror xəvaric qruplaşmasının bu NATO ölkəsi daxilində nisbətən toxunulmazlığa malik olduğu təəssüratı oyadır” sözləri ilə başlayan xəbərdə bu hadisənin Ankaranın öz ərazisində cihadçıların fəaliyyətinin qarşısını almaq məsələsində hazır olub-olmadığı barədə sualların meydana gəlməsinə səbəb olduğu bildirilir.
Qəzetin müxbirləri Rut Şerlok, Yılmaz İbrahim Paşa və Maqdi Samaanın hazırladığı xəbərə əsasən, Kobanidə İŞİD terror xəvaric qruplaşması ilə döyüşlər aparan müxalif qruplardan biri “Tuvar Rakka” təşkilatının lideri Əbu İssa, Urfada İŞİD terror xəvaric qruplaşması tərəfindən hücuma məruz qalıb. “Tuvar Rakka”-nın sözçüsü Əhməd Əbdülqadirin sözlərinə görə, Əbu İssa və 20 yaşlı oğlu Ammar, Urfa mərkəzində türk nümayəndələrlə keçirdikləri görüşdən evlərinə qayıdarkən avtomobildə hücuma məruz qalıblar.
Əbdülqadir hadisəni belə nəql edib: “İŞİD terror xəvaric qruplaşmasının avtomobillərinin önlərindəki yolu bağladığını görən Əbu İssa, ən yaxın məsləhətçisi olan sürücüyə geri qayıtmasını söyləyib, lakin sürücü mühərriki söndürüb və döyüşçülərin onları avtomobildən çıxarmasına imkan verib.” O, həmçinin saatın 6:30 olduğunu və sürücünün döyüşçülərlə əlbir olduğunu bildirib.
Əbdülqadir, Əbu İssanın onları qaçırmaq istəyən İŞİD terror xəvaric qruplaşması üzvlərindən ikisini üzləri qapalı olmadığı üçün tanıdığını, döyüşçülərin daha sonra ata-oğulu sürətli bir şəkildə Suriyaya qaçırmağa çalışdığını bildirib. Türkiyə Silahlı Qüvvələrinin çoxalması səbəbi ilə onların sərhədi keçməkdə çətinlik çəkdiklərini ifadə edən Əbdülqadir, əməliyyatda məsul olan İŞİD terror xəvaric qruplaşması üzvlərindən birinin fikrindən dönməsi ilə qaçırma əməliyyatının baş tutmadığını iddia edib. Qəzetin yaydığı xəbərə əsasən, Əbu İssa qaçırılma cəhdi əsnasında vurulub və döyüşçülər tərəfindən növbəti gün səhər saatlarında Urfada bir xəstəxanaya yerləşdirilib.
Bənzər bir hadisəni qruplaşmanın başqa bir lideri Əbu Əyham da nəql edib. Əbu İssanın uzun müddətdir İŞİD-in hədəfləri arasında olduğunu bildirən qəzet, komandirin ölümünün Türkiyədə təlim keçəcək qruplaşmalar arasında olan “Tuvar Rakka” üçün böyük bir zərbə olacağın ifadə edib. Qaçırma cəhdində iştirak edən cihadçıların və avtomobili idarə edən şəxsin həbs edildiyi iddia edilir. Həbs edilənlərin Urfada fəaliyyət göstərən azsaylı həbsxanalardan birinə yerləşdirildiyi bildirilib.
Türkiyədə yaşayan, həbs edilən 4 nəfərlə əvvəldən dost olan və adının açıqlanmasını istəməyən bir suriyalı döyüşçülərlə bağlı bunları deyib: “Gördüm ki, onlar Urfada rahat-rahat yaşayırlar. Restoranlarda yemək yeyir və kafelərdə vaxtlarını keçirirlər. Heç kim onları narahat eləmir”.
Əbdülqadir bildirib ki, Türkiyədəki İŞİD terror xəvaric qruplaşması üzvlərindən bir neçəsi barədə Mili Təhlükəsizlik Nazirliyinə xəbər verib. Səlahiyyətli orqanlar “Narahat olmayın, onlar nəzarətimiz altındadır” desələr də, “onları həbs etməyiblər”.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnədir.”