İŞİD Suriyanın İraqla sərhəddə nəzarətdə saxladığı sonuncu buraxılış məntəqəsini ələ keçirib
May 22
14:14
2015
683 dəfə baxılıb
İŞİD terrorçuları Suriya hökumətinin Suriya-İraq sərhədində nəzarətində qalan sonuncu buraxılış məntəqəsini ələ keçirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, İraq hökuməti öz ərazisindəki blok postları ləğv etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl İŞİD qədim Palmira şəhərini ələ keçirib. Şiddəti döyüşlərdə 100-dən çox suriyalı hərbçinin həlak olduğu bildirilir.
İşid silahlıları şəhəri ələ keçirdikdən sonra 17 dinc sakini edam ediblər.
Sələf Xəbər: Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər. Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Qurani Kərim, “Bəqərə” surəsi, 11-13-cü ayələr)