İŞİD Taliban yaraqlılarının başını kəsib
Yanvar 09
17:41
2016
717 dəfə baxılıb
ABŞ-a məxsus pilotsuz təyyarə İŞİD terror xəvaric qruplaşmasının 17 üzvünü məhv edib.
ABŞ-a məxsus pilotsuz təyyarə bu gün Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində İŞİD terror xəvaric qruplaşmasının 17 üzvünü məhv edib.
“Sələf Xəbər”in “Report”a istinadən verdiyi xəbərə görə, hava zərbəsi İŞİD terror xəvaric qruplaşmasının üzvlərinin həmin ərazidə 7 nəfəri edam etməsi zamanı baş verib.
Vilayət qubernatorunun sözçüsü Ataullah Xoqyani bildirib ki, başı kəsilən şəxslərdən altısı Taliban yaraqlısı olub.
O, əlavə edib ki, edamın həyata keçirilməsi ilə hava hücumu eyni vaxta təsadüf edib və nəticədə 17 İŞİD terror xəvaric qruplaşmasının döyüşçüsü öldürülüb. Onlar arasında terrorçuların bir neçə mühüm komandiri də olub.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)