“İŞİD tərəfdarları gün ərzində 100 min tvit ismarıcı göndərir”
931 dəfə baxılıb
“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması tərəfdarları “Twitter” sosial şəbəkəsi vasitəsilə hücumları planlaşdırmaq üçün 100 minə yaxın ismarıc göndərirlər.
Bu barədə Avropa İttifaqı Hüquq-Mühafizə agentliyinin sədri xəbərdarlıq edib. Avropol Polis xidmətinin direktoru Rob Ueynrayt xəbərdarlıq edib ki, Tunis muzeyinə edilən hücuma görə, məsuliyyəti öz boynuna götürən İŞİD terror xəvaric qruplaşması 50 minə qədər müxtəlif “Twitter” hesabı vasitəsilə gün ərzində 100 min ismarıc göndərir.
Ueynrayt deyib: “Terrorçu şəbəkələrin və cinayətkar qruplaşmaların əlaqələri onlayn şəkildə artdığı üçün, bu bizə yeni problemlər yaradıb. Əgər biz internetdən sui-istifadə edilməsinin və terror təhdidlərinin effektiv şəkildə artmasının qarşısını alsaq, mühüm dəyişikliyə səbəb olmaq olar”.
Rob Ueynraytın bildirdiyinə görə, Beynəlxalq şəbəkəyə dair cari qanunlar kafi deyil və məxfi şəkildə şifrələnmiş saytlar vasitəsilə internetdən istifadə etməyə imkan verən “darknet” (“kölgəli şəbəkə”) də daxil olmaqla, təhlükəsizlik agentliklərinin internetin bütün sahələrinə nəzarət edə bilmələri üçün o qanunlara yenidən baxılmalıdır. “Avropa boyunca polis xidmətlərinə dəstək verən Avropol – terrorçuluğu dəstəklədiyi güman edilən təşkilatlar tərəfindən istifadə edilən saytların damğalanması və bağlanması istiqamətində işlər görür. Lakin Baş mənzil qərargahı Haaqada yerləşən Avropol icra səlahiyyətinə malik deyil”, – deyərək sözlərinə əlavə edib.
İraq və Suriyanın böyük ərazilərini zəbt etmiş və Ərəb dünyası boyunca səpələnmiş İŞİD terror xəvaric qruplaşması tərəfdarları təbliğat aparmaq və öz sıralarına əcnəbi döyüşçülər cəlb etmək üçün sosial şəbəkələrdən istifadə etmələri ilə məşhurdurlar.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.