Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşması aviabazaya hücum edib

Fevral 14
19:32 2015

İraq ordusu İŞİD terror xəvaric qruplaşmasının ABŞ və digər Qərb ölkələrinin xidmət etdiyi “Əyn-əl-Əsəd” aviabazasına hücumunu dəf edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin nümayəndəsi Stiv Uorren bildirib.

Onun sözlərinə görə, döyüş zamanı 8 terrorçu məhv edilib. Qeyd olunur ki, adıçəkilən aviabazada 400 ABŞ hərbi mütəxəssisi yerləşdirilib. Onlar hərbi əməliyyatlarda iştirak etmirlər, yalnız hərbi bazalarda İraq ordusuna kömək məqsədilə çalışırlar.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər