Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşması azərbaycanlı komandirini edam edib

Yanvar 19
15:07 2015

İŞİD terror xəvaric qruplaşması azərbaycanlı komandirlərindən birini edam edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Sirac Azəri adlı azərbaycanlı komandir “xarici” olması səbəbiylə edam edilib.

Sirac Azərinin Sumqayıt şəhərindən olduğu və uzun müddət Əfqanıstanda döyüşdüyü, daha sonra isə Suriyaya gələrək İŞİD terror xəvaric qruplaşmasının sıralarında döyüşdüyü bildirilir.

Bir neçə həftə əvvəl isə İŞİD terror xəvaric qruplaşması Şimali Qafqazdan olan Sergey Asimov adlı bir döyüşçüsünü xarici ölkənin agenti olmasında şübhəli sayaraq edam etmişdi.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər