İŞİD terror xəvaric qruplaşması Əl Bağdadini ələ keçirib
840 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının silahlıları ötən gün İraqın qərbindəki Əl Bağdadi şəhərini ələ keçirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Əl Cəzirə peyk telekanalı məlumat yayıb. Məlumata görə, şiddətli döyüşlər zamanı İŞİD terror xəvaric qruplaşmasının və İraq ordusunun canlı qüvvəsi xeyli itki verib.
Silahlıların şəhərə bir neçə istiqamətdən hücuma keçdiyi qeyd olunur. Döyüşlər zamanı azı 14 hərbçinin həlak olduğu bildirilir. Terrorçuların itkisi barədə məlumat verilmir.
Bundan başqa, ABŞ dəniz piyadaları korpusunun 320 mütəxəssisinin iraqlı hərbçilərə təlim keçdiyi “Əyn Əl Asad” aviabazasının yaxınlığında döyüşlərin getməsi barədə məlumat verilir.
Əl Bağdadi şəhəri İraqın Suriya ilə həmsərhəd olan və böyük hissəsinin terrorçuların nəzarətinə keçən Anbar əyalətində yerləşir.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariiyə fi kadayyə əl-asriyyə” 47)