Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşması iordaniyalı əsiri diri-diri yandırdı – FOTO

Fevral 04
20:48 2015

“Pilot Kəsəsibəni yandırması bir daha bu qruplaşmanın terrorçu olduğunun və sonunun çatdığının bariz nümunəsidir”.

“Sələf Xəbər” əl-Cəzira kanalına istinadən xəbər verir ki, İordaniya Haşimi Krallığı əsir pilotlarının İŞİD terror xəvaric qruplaşması tərəfindən diri-diri yandırılaraq öldürüldüyünü təsdiqləyib. Bu İŞİD terror xəvaric qruplaşması vəhşiləri hər nə etsələr də, bu cür çirkinliyə ilk dəfə idi ki, əl atırdılar.

Bu vəhşilərin yaydıqları “Şifə əs-sudur” (Qəlblərin şəfası) adlı 22 dəqiqəlik video Dekabrın 24-də əsir götürülmüş pilot Muaz əl-Kəsəsibənin dəmir qəfəs içində diri-diri yandırıldığını əks etdirir.

Qeyd edək ki, ötən günlərdə İordaniya Haşimi Krallığı öz zindanında olan Səcidə Rişavini Muaz Kəsəsibə ilə dəyişməsinə razı olmuş, lakin Muazın sağlığı ilə bağlı dəqiq məlumat istədiyinə baxmayaraq, İŞİD terror xəvaric qruplaşması buna cavab verməmişdir.

İordaniya Silahlı Qüvvələri bu əməlin intiqamını alacaqlarına vəd verib. Xəbəri eşidən İordaniya Kralı İkinci Abdullah Amerikaya olan səfərini təxirə salıb.

Hadisə ilə bağlı İordaniyanın Din naziri deyib: “İslamda yandırmaq icazəli deyil. İŞİD terror xəvaric qruplaşmasının Pilot Kəsəsibəni yandırması bir daha bu qruplaşmanın terrorçu olduğunun və sonunun çatdığının bariz nümunəsidir”.

FFkzreoYaEg

 Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)

Digər xəbərlər