Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşması Kərkükdə otelə hücum etdi – VİDEO

Yanvar 31
19:03 2015

“Sələf Xəbər”in Anadolu Agentliyinə istinadən məlumatına görə, dünən İŞİD terror xəvaric qruplaşması silahlılarından üç nəfər İraqın Kərkük şəhərində Qəsr otelini ələ keçirmək üçün təhlükəsizlik güclərinə hücum edib.

Şəhər mərkəzindəki oteli ələ kecirmək istəyən terrorçu-intiharçılardan biri partlayış törətsə də, digər ikisi üzərindəki bombalar partladılmamış polis tərəfindən yaxalanıb.

🎬

 Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)

Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər