Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşması Pakistan və Əfqanıstanda əməliyyat keçirəcək

Yanvar 27
17:08 2015

İŞİD terror xəvaric qruplaşması Pakistan və Əfqanıstan ərazilərində əməliyyatlar keçirəcək qruplaşmanın yaradıldığını bəyan edib.

“Sələf Xəbər”in Teleqraf.com-a istinadən məlumatına görə, müvafiq bəyanatın audio yazısı “Twitter” sosial şəbəkəsində yerləşdirilib.

Ekspertlər bunu Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərən “Əl-Qaidə” və “Taliban” təşkilatlarına qarşı çağırış kimi qiymətləndiriblər.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)

Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (əl-Buxari)

Digər xəbərlər