İŞİD terror xəvaric qruplaşması silahları kimdən satın alır?
1. 316 dəfə baxılıb
“Sələf Xəbər” Akşam qəzetinə istinadən, İraq və Suriyada terror aktları və qətliamlar törətməklə insanların ürəyinə vahimə salan İŞİD terror xəvaric qruplaşmasının istifadə etdiyi silah-sursatın yarısının ABŞ və Çin istehsalı olduğunu xəbər verir.
ABŞ və Çin istehsalı olan silahlarla birgə, Rusiya və Serbiya mənşəli silahların, təşkilatın istifadə etdiyi silah-sursatın 80%-ini təşkil etdiyi müəyyən edilmişdir.
Avropa İttifaqının dəstəyi ilə “Conflict Armament Research” təşkilatının İŞİD terror xəvaric qruplaşmasından ələ keçirilən silahlar və təşkilatın istifadə etdiyi silah-sursat nümunələri üzərində apardığı araşdırmaların nəticələrinə əsasən, İraq və Suriya hökumətləri və bu ölkədə olan təşkilatlara göndərilən silah və sursat İŞİD terror xəvaric qruplaşmasının əlinə keçib.
Araşdırmada təşkilatın istifadə etdiyi silahların 80%-inin ABŞ, Çin, Rusiya-Sovet İttifaqı və Serbiya istehsalı olduğu və bu silahların çoxunun İraq və Suriya ordularına satıldığı məlum olub.
Tədqiq edilən hərbi vəsaitlərin təqribən 20%-ni ABŞ mənşəli silah və sursatlar təşkil edib. Regionda təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə İraq ordusuna verilən Rusiya-Sovet İttifaqı istehsalı olan silah və sursatların isə uzun illər boyunca Əsəd rejiminə satılan hərbi vəsaitlər olduğu müəyyən edilmişdir.
Çin mənşəli silah-sursatın isə ələ keçirilən bütün vəsaitlərin 26%-ini təşkil etdiyini və bu vəziyyətin Çinin son illər ərzində getdikcə daha çox silah və sursat satışı həyata keçirdiyinin nəticəsi olduğu ifadə edilmişdir.
Araşdırmanın nəticəsi olaraq, İŞİD terror xəvaric qruplaşmasına məxsus silah-sursatlar arasında az da olsa İran istehsalı olan silahların da olduğu göstərilir.
İraq ordusundan ələ keçirildiyi güman edilən bu hərbi vəsaitlərin, İranın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının silah satışı ilə əlaqəli embarqosunu pozması barədə şübhələri gündəmə gətirib.
Xüsusilə İraq ordusunun İŞİD terror xəvaric qruplaşması ilə mübarizə aparmadan silahlarını ataraq qaçmaları, ABŞ-ın, əllərində ABŞ istehsalı olan silahlar olan bir təşkilatla mübarizə aparmasına səbəb olub.
Mütəxəssislər bildirib ki, regionda müntəzəm bir quruluşa malik olmayan təhlükəsizlik qüvvələri və təşkilatlara verilən silahlar, digər terror təşkilatlarının da əlinə keçə bilər.
Sələf Xəbər: Şeyx Səd əl Humeyd (Allah onu qorusun) buyurmuşdur: “İŞİD qruplaşması təkfir etməyi və qan tökməyi cəm edib halal görür. Onlar elə bir şəhər yoxdur ki, ora daxil olub fəsad törətməsinlər.”