Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşmasına beyət etmədiyinə görə edam edildi

Dekabr 21
11:58 2014

“Sələf Xəbər”- in alarabiya.net-ə istinadən məlumatına görə, Suriya mənbələrində deyilir ki, Suriyanın Qalamon şəhərindəki “əl-Məğavir” briqadasının başçısı Baş Leytenant Ərrabə İdris Qalamon dağında İŞİD terror xəvaric qruplaşması tərəfindən edam edilmişdir.

Mənbə deyir ki, İŞİD terror xəvaric qruplaşması Ərrabə İdrisi digər qohumu olan Muidd İdrislə birgə Qalamon cəbhəsində Baba Amr deyilən yerdə və Hıms şəhərinin cənub və şərqində Bəşşar Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etdikdən və xüsusi ilə də Bəşşar rejiminin Məhində yerləşən ən böyük silah-sursat anbarını ələ keçirtdikdən sonra tutmuşdur. Qalamonda yerləşən hərbi mənbələrə görə, onun edam edilməsinin səbəbi İŞİD terror xəvaric qruplaşmasına beyət etməməsi olub.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam dövləti” (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu “İslam dövləti” deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər