İŞİD terrordan əvvəl Türkiyəni təhdid edib
899 dəfə baxılıb
İŞİD xəvaric terror qruplaşması Surucda baş verən partlayışdan öncə Türkiyəni təhdid edibmiş.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İŞİD xəvaric terror qruplaşması Türkiyənin müxtəlif vilayətlərində onlara qarşı əməliyyatların aparılması və bəzi saytların fəaliyyətlərinin dondurulması tələbi ilə hədələyib.
“Türkiyə hakimiyyəti internet saytımıza öz ölkəsində girişi qadağan edib. Son zamanlar Türkiyə dövlətinin müsəlmanlara qarşı təzyiqləri açıq şəkildə hiss edilir. İstər mühacirətdə olan qardaşlarımızın tutulması, istərsə də Türkiyə vətəndaşı olan müsəlmanların həbsi və son olaraq mətbuat azadlığımızın məhdudlaşdırılması Türkiyə dövlətinin müsəlmanlara ədavətini göstərir”.
Türkiyəyə qarşı bu hədə-qorxunun yayımlanmasından dərhal sonra terror aktının törədilməsi hadisəni İŞİD xəvaric terror qruplaşmasının törətdiyinə dair şübhələri artırır.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD xəvaric terror qruplaşmasının etdiyi cihad yox, fitnədir”.