İŞİD Türkiyə hərbi düşərgəsinə hücum edib
Mart 23
18:17
2016
679 dəfə baxılıb
Türkiyənin Şimali İraqdakı Başika düşərgəsinə səhər saatlarında İŞİD tərəfindən hücum cəhdi olub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, türk əsgərləri hücum cəhdinə Fırtına raketləri ilə cavab veriblər. İŞİD terror xəvaric qruplaşması mövqeləri “Fırtına” raketləri ilə vurulub.
Hərbi qaynaqlardan Anadolu Agentliyinə türk əsgərlərinin itki vermədiyi bildirilib.
Qeyd edək ki, Mosul yaxınlığındakı Başika düşərgəsində 600 türk əsgəri var.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.