Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Türkiyə sərhədindəki şəhəri ələ keçirdi

Oktyabr 07
17:24 2014

“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, “İraq Şam İslam Dövləti”nə (İŞİD) terror xəvaric qruplaşmasına məxsus silahlılar Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərini ələ keçirib.

Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı olan YPG-nin nəzarətindəki şəhər İŞİD terror xəvaric qruplaşmasının iyirmi gündür davam edən hücumlarına davam gətirə bilməyib.

Qurban bayramının ilk günündən Kobani uğrunda YPG ilə küçə döyüşlərinə başlayan İŞİD terror xəvaric qruplaşması bu gün şəhərdə öz bayrağını qaldırıb. Artıq Kobanidə atılan mərmilər Türkiyə ərazisinə düşməyə başlayıb və ilkin məlumatlara görə, dörd nəfər yaralanıb.

Türkiyə hökuməti İŞİD terror xəvaric qruplaşmasına qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Kobani ilə sərhəddəki üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi Şanlıurfa valiliyinin qərarı ilə boşaldılıb. Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hulusi Akar müdafiə tədbirlərinə rəhbərlik etmək üçün Şanlıurfaya gedib.

Sərhəddəki strateji yüksəkliklərə çoxlu sayda tank çıxarılıb və onların lülələri Suriya sərhədinə doğru çevrilib.

 Sələf Xəbər: XX-ci əsrin məşhur sünni ilahiyyatçısı İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər