Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Türkiyə sərhədinə hücum edib – 5 terrorçu öldürülüb

Yanvar 29
17:16 2016

Türkiyənin Karkamış Sərhəd məntəqəsində keşik çəkən əsgərlər Suriyanın Cerablus şəhərindən qəfil atəşə tutulub.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, türk əsgərləri ərazidə mina axtarışları apararkən Suriya sərhədindən atəş açılıb.

Türk əsgərləri qəfil hücuma dərhal qarşılıq veriblər. Atışma zamanı ölən, yaxud yaralananların olmadığı bildirilib.

Türkiyə sərhədində əsgərlərə qarşı hücum edənlər İŞİD terror xəvaric qruplaşması döyüşçüləri olub.

Karkamış sərhəd məntəqəsinə avtomobillə yaxınlaşan 5 terrorçu öldürülüb.

Türkiyə sərhədinə doğru hərəkət edən avtomobil top və tankdan açılan atəşlə məhv edilib.

Sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər