Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Türkiyə yaxınlığında yeni əraziləri işğal edib

Avqust 28
19:48 2015

Terrorçular 5 kəndi nəzarətə götürüblər.

“İraq-Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının üzvləri Suriyada bunadək üsyançıların nəzarəti altında olan yeni ərazilər ələ keçiriblər.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, Suriyada insan haqları müşahidəçilərinin məlumatına görə, terrorçular ikisi Türkiyə ilə sərhəd yaxınlığında olmaq şərti ilə 5 kəndi işğal ediblər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, sərhəddə tezliklə terrorçulara qarşı əməliyyat aparılacaq.

İŞİD terror xəvaric qruplaşması öz növbələrində bölgədə 3 kəndi və Türkiyə sərhədindən 20 km cənubda yerləşən və üsyançıların nəzarəti altında olan Marea şəhərinin ətrafını ələ keçirdiklərini bəyan ediblər.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər