İŞİD Türkiyəni atəşə tutub
661 dəfə baxılıb
Kilisdə səkkiz mərmi partlayıb.
İŞİD terror xəvaric qruplaşmasının Suriya ərazisindən Türkiyəni atəşə tutması nəticəsində sərhədyanı Kilis əyalətində 2 nəfər həlak olub.
“Sələf Xəbər”Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın və dörd yaşlı uşağın öldüyü bildirilir. Onun altı yaşlı oğlu yaralanıb və xəstəxanaya göndərilib.
Türk hərbçiləri Suriyada İŞİD terror xəvaric qruplaşması yaraqlılarının nəzarət etdiyi əraziyə cavab etəşi endiriblər.
Hadisə yerinə polis bölmələri, təcili yardım və yanğından mühafizə əməkdaşları cəlb olunublar. Yerli rəhbərlik əhaliyə küçələrə çıxmamağı tövsiyə edib.
Ümumilikdə əyalətin ərazisində səkkiz mərmi partlayıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)
Həmçinin Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi)