Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Türkiyəni hədələdi

İyul 15
16:15 2015

İŞİD xəvaric terror qruplaşmasına məxsus və türkçə xəbərlər yayan www.darulhilafe.com saytında qruplaşma Türkiyəyə xəbərdarlıq edib.

Son günlərdə Türkiyənin müxtəlif yerlərində İŞİD xəvaric terror qruplaşmasına qarşı keçirilən əməliyyatların təşkili və onlara məxsus internet saytlarının bağlanılması səbəbiylə Türkiyəni hədələyərək xəbərdarlıq yayıb: “İndiyə qədər Türkiyəyə heç bir hücum etməyən və heç bir şəkildə zərər verməyən müsəlmanların azadlıqlarının boğulması və onlara qarşı təzyiqlər davam edərsə, müsəlmanların da buna cavab verə biləcəyini heç kim unutmasın”.

“Sələf Xəbər”in Sputnik.az-a istinadən məlumatına görə, qərargahı Suriyanın Rakka şəhərində olan sayt iyulun 12-də Türkiyə Telekommunkasiya Qurumu tərəfindən İŞİD xəvaric terror qruplaşması təbliğatı həyata keçirdiyi üçün bloklanmışdı.

“Türkiyə dövləti darulhilafe.com saytımızın bu ölkədə yayımına əngəl yaradıb. Son zamanlar Türkiyə dövlətinin müsəlmanlara qarşı təzyiqləri açıq şəkildə hiss olunur. Mühacir qardaşlarımızın yaxalanması, həmçinin Türkiyə vətəndaşı olan müsəlmanların həbs edilməsi və son olaraq söz azadlığını boğmağa çalışması ilə Türkiyə dövləti müsəlmanlara düşmən olduğunu ortaya qoyub. Bu ana qədər Türkiyəyə heç bir hücum etməyən və heç bir şəkildə zərər verməyən müsəlmanların azadlıqlarının boğulması və onlara qarşı təzyiqlər davam edərsə, müsəlmanların da buna cavab verə biləcəyini heç kim unutmasın”, – deyə xəbərdarlıqda bildirilir.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Buxari)

Digər xəbərlər