İŞİD Türkiyəni raketlə vurub
Aprel 07
19:08
2016
729 dəfə baxılıb
Suriyadan atılan raket Türkiyənin Kilis vilayətinə düşüb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Suriyada İŞİD terror xəvaric qruplaşmasının nəzarəti altında olan bölgədən atılan iki “Katyuşa” raketi Kilisin mərkəzinə düşüb və 3 nəfər yaralanıb.
Hazırda polis hadisə yerində araşdırma aparır.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)