Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Türkiyəni yeni terror aktları ilə təhdid edir

İyul 25
14:16 2015

İŞİD terror qruplaşması və onun tərəfdarları Türkiyəni yeni terror aktları ilə təhdid edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə terrorçuların sosial şəbəkələrdə aktivliyini araşdıran SITE ekspertləri bildirib.

Məlumata görə, qruplaşmanın müvafiq bəyanatı Türkiyənin terrorçuların mövqelərinə hava zərbələri endirməsindən sonra verilib.

Qeyd edək ki, Türkiyə mətbuatının bundan əvvəl verdiyi xəbərə görə, ABŞ və Türkiyə arasında uzun sürən danışıqlardan sonra Vaşinqton Suriyanın şimalında 90 km-lik Türkiyə-Suriya sərhədi boyunca 50 km enində uçuşsuz bufer zonasının yaradılmasına razılıq verib. Bunun müqabilində Ankara ABŞ-a “İncirlik” aviabazasından Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyatların aparılması üçün istifadə etməyə icazə verib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər