Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Türkiyənin hava limanını vurub

May 28
18:07 2016

İŞİD terror xəvaric qruplaşması bu gün səhər saatlarında Türkiyənin Suriya ilə sərhəddə yerləşən Qaziantep şəhərindəki Sazqın hava limanına 2 raket atıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, raketlərdən biri hava limanının ərazisindəki bağa, digəri isə boş əraziyə düşüb.

Qaziantep şəhər rəhbərliyi terrorçuların əsas hədəfinin hava limanı olduğunu açıqlayıb.

Hadisə zamanı ölən və yaralanan olmayıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşması ötən gün də Qaziantepin Kilis bölgəsinə raket atıb. Türkiyə buna cavab olaraq, dünən axşam saatlarından etibarən 233 “Fırtına” özüyeriyən haubitsa, 4 tank və 40 reaktiv atəş sistemləri ilə İŞİD terror xəvaric qruplaşmasının mövqelərini vurub.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır . Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər