İŞİD Türkiyənin hərbi bazasına hücum edib
694 dəfə baxılıb
“İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması Türkiyənin İraqın şimalında yerləşən hərbi bazasına hücum edib.
“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması dünən gecə saatlarında bazaya çox lüləli katyuşa raketatarları və digər silahlarla hücum edib. Təşkilatın bu hücumuna cavab verən türk əsgərləri isə qarşılıq olaraq “Fırtına” adlandırılan topdan, tanklardan və digər müxtəlif növ silahlardan istifadə edib. Nəticədə İŞİD terror xəvaric qruplaşmasının 17 üzvü öldürülüb. Hadisə zamanı Türkiyə hərbçilərindən və əsgərlərindən ölən və ya yaralanan olmayıb.
İŞİD terror xəvaric qruplaşması keçən ilin dekabrın 16-da da eyni bazaya hücum etmişdi. Bu hücumda 4 türk hərbiçisi yaralanmışdı. Maraqlı məqam isə İŞİD terror xəvaric qruplaşmasının bazaya bu son hücumundan əvvəl ABŞ Prezidenti Barak Obamanın türk əsgərinin İraqdan geri çəkilməsi istiqamətində mesaj verməsidir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)